Testosteronu Artıran 3 Real Vasitə

Bildiyiniz kimi testosteron kişi cinsiyyət hormonudur və kişilərdə fiziki kişilik əlamətlərinin formalaşmasında başlıca rol oynayır. Kişilərdə testosteron səviyyəsi qadınlardan 7-8 dəfə çox olur. Əzələlərin böyüməsi, güc və s kimi faktorlar testosteronla tənzimlənir. Hər bir insanın testosteron səviyyəsi fərqlidir. Testosteron, əzələlərinizin nə qədər böyüyəcəyini müəyyənləşdirir. Başqa sözlə əzələləriniz, testosteron səviyyənizin imkan verdiyi qədər böyüyəcək.

Bəs testosteronu necə artırmaq olar? 

Bəzən atletlər süni sintetik testosteron (steroidlər) qəbul etməklə bədəndəki testosteron səviyyəsini qaldırırlar. Lakin bunu fəsadları çox böyükdür. Belə ki, kənardan testosteron qəbulu zamanı bədənin özünün ifraz etdiyi testosteron səviyyəsi düşür. Kənar qəbulu dayandırdığınız zaman isə bədənin testosteron səviyyəsi çox aşağı olur. Bu da əzələlərin kiçilməsi və cinsi istəksizliyə gətirib çıxarır. Bundan əlavə xərçəng, ürək xəstəlikləri və s. kimi risklər də mövcuddur. 

Necə deyərlər, testosteron qəbul etməyin, öz testosteronunuzu artırın.

Bəs bunu etmək üçün nə lazımdı?

Bir çox bitki mənşəli preparatlar var ki, (tribulus, avena sativa və s) testosteronu artırdığı deyilir. Lakin, bir sıra araşdırmalar göstərib ki, bu vasitələr cinsi istəyi artırsa da əzələ artımına elə də ciddi təsir göstərmir.

Lakin ürəyinizi sıxmayın. Real təsir edə biləcək vasitələr mövcuddur. Ancaq bu yalnız testosteron səviyyəniz normadan aşağıdırsa onu normal səviyyəyə qaldırmağa kömək edir. Normadan artıq qaldırmaq üçün bu vasitələr yetərli deyil.

Testosteron səviyyəniz aşağıdırsa və siz onu normala qaldırırsınızsa bu əzələ artımı üçün istənilən halda çox effektiv olacaqdır.

Bu vasitələr Sink, Maqnezium mineralları və D3 vitaminidir.

Bədəndə testosteron ifrazının artması üçün bu mikroelementlər əvəzsizdir. Gündəlik Sink norması 20-30 mq, Maqnezium isə 200-400 mq-dır.

Bu baxımdan qida əlavəsi olaraq ZMA sizə köməklik edə bilər.