5 faydalı məsləhət

1. Daha çox karbohidrat qəbul edin. Düyü, Yulaf (Ovsyanka), Qarabaşaq (qrechka), Makaron yaxşı karbohidrat mənbəyləridir. 

2. Geyner. Qida əlavələrindən olan Geyner qəbul etmək əzələ kütləsini artırmağa kömək edir. Yaxşı olar ki, whey proteinə yulaf, banan, qoz - fındıq , fıstıq yağı və.s əlavə edərək öz geynerinizi düzəldəsiniz. Bu daha kalorili və daha effektiv olur.

3. Yuxu. Yetəri qədər yatıb yuxunu almaq lazımdır. Normal yuxu ala bildiyiniz (7-9 saat) təqdirdə əzələlər bərpa olunur və siz növbəti məşqlərə bərpa olunmuş şəkildə gedib daha effektiv məşq edə bilirsiniz.

4. İntensiv məşq edin. Həqiqətənmi var gücünüzlə məşq edirsiniz? Çoxları məşq zamanı telefonda vaxt keçirir,selfi çəkir, söhbət edir və s. Bunlara məşqdən daha çox vaxt ayırırlar. Bu cür yanaşma ilə nəticə gözləmək mənasızdır. Bütün diqqətinizi məşqə cəmləməlisiniz. Hər hərəkərin sonunda əzələlərinizin necə sıxıldığını hiss edin.

5. Hər gün eyni yeməkləri yeməyin. Misal üçün əgər siz hər gün düyü və toyuqdan başqa bir şey yemirsinizsə bu sizi bezdirəcək və həvəsdən düşəcəksiniz. Bundan əlavə bir sıra mineral və vitaminlərin çatışmazlığı riskini də almış olacaqsınız. Müxtəlif qidalar qəbul edin. Bu həm darıxdırıcı olmayacaq ,həm də lazımi mineral və vitaminləri qəbul etmənizə kömək edəcək. Beləliklə əzələlər tez bərpa olunaraq -böyüyəcək ,siz isə gün ərzində daha enerjili olacaqsız.

Qeyd: Ən əsası gündəlik kalori normanızdan 300-500 kalori daha çox yeyin.